Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Abbas Əraqçı: “İranın nüvə məsələsinin həlli İsrail rejimini narahat edir”

“İranın nüvə məsələsinin həlli onun düşmənlərini, xüsusilə İsrail rejimi rəsmilərini narahat edir”.

İran mətbuatının verdiyi məlumata görə, İranın xarici işlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, İranın nüvə məsələsinin həlli ölkənin daha da inkişaf etməsinə gətirib çıxaracaq.

A. Əraqçı yanvarın 9-10-da Cenevrədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə görüşəcəyini də deyib: “Bu görüşdə Cenevrə razılaşmasının icrası ilə bağlı qalan texniki məsələlər barəsində danışıqlar aparılacaq. Hazırda tərəflər arasında siyasi səviyyədə həll olunmalı olan 2 və ya 3 məsələ qalıb”.

Nazir müavini vurğulayıb ki, Yaponiyadan nüvə stansiyası inşaatında İranla daha çox əməkdaşlıq etməsini istəyirlər: “İran və Yaponiya elektrik enerjisi istehsal edən stansiyaların inşaatında bir-birinə köməkçi ola bilərlər. Yaponiya rəsmiləri də bu düşüncədən xəbərdardırlar. Bu mövzu iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq”.

Qeyd edək ki, A. Əraqçını İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad müşayiət edir. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi İranın “altılıq” ölkələri ilə nüvə müzakirələrini aparan nümayəndə heyətindəki texniki mütəxəssislərin sayının artırılacağını bildirib. İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq birgə fəaliyyət planının yanvarın 20-dən icraya yönəlməsi planlaşdırılır./apa/
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber