Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Ərdoğan prokurora cavab verdi: "Hamısı iftiradır"

İstanbulun keçmiş baş prokuror müavini Zəkəriyyə Özün baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı iddialarına Nazirlər Kabinetindən cavab açıqlaması yayılıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, kabinetdən bildirilib ki, hazırda Sinqapurda səfərdə olan baş naziri R.T.Ərdoğan bu iddiaları belə cavablandırıb: «Hamısı iftiradır».

«Baş nazirimiz iddia edilən məsələ ilə bağlı bildirib ki, məhkəmədən onun yanına heç kimi göndərməyib. Belə bir məsələ heç vaxt olmayıb» -deyə, Nazirlər Kabineti bildirib.

Xatıqladaq ki, korrupsiya və rüşvət əməliyyatı ilə bağlı istintaqa nəzarət edən İstanbulun keçmiş prokuror müavini Zəkəriyyə Öz barəsində çıxarılan qərarla bağlı 3 səhifəlik açıqlama yayıb. O, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan haqda sensasiyalı açıqlama verib.

«Ali məhkəmədən olan hörmət etdiyim iki nəfər baş nazir tərəfindən mənimlə danışığa göndərilmişdi. Baş nazir tərəfindən göndərilən həmin iki nəfərlə Bursada görüşdüm.

Görüşdə hörmətli baş nazir şəxsən yazdığı məktubda mənə qarşı acıqlı olduğunu bildirmiş, haqqımda ağır ifadələr işlədərək, ondan üzr istəməyim, hökumətə qarşı istintaqı dərhal dayandırmağım tələb etmişdi. Əks halda zərər görəcəyimi və bunun nəticələrinin mənə baha başa gələcəyini yazmışdı.

Görüşə gələn adamlara başıma gələ biləcək ən pis şeyin ölüm olacağını dedim. Ölsəm də vəzifəmi şərəflə yerinə yetirib, şəhid olmağı üstün tutduğumu onların diqqətinə çatdırdım».
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08