Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

O ayaqqabıları geymədən öncə bu yazını oxuyun…

Qadınlar arasında geniş yayılmış baş ağrılarının səbəbi məhz dikdaban ayaqqabılardır
Dikdaban ayaqqabılar bir çox qadının gündəlik istifadə etdiyi aksesuardır. Türkiyəli ayaq sağlamlığı mütəxəssisi İsmayıl Qara qadının dikdaban ayaqqabı ilə gəzməsinin fəsadlarından danışıb. Onun sözlərinə görə qadın dikdaban ayaqqabı ilə öz ömrünü qısaldır. Həkim deyib ki, qadınların əksəriyyəti bu barədə az bilir: “Qadınlar bilirlər ki, hər bir şeyin başı sağlamlıqdır, amma sağlamlığın başının ayaq olduğunu bilmirlər”.
Ölkəsində barmaqla sayılacaq qədər ayaq sağlamlığı mütəxəssisi olduğunu deyən həkim bildirib ki, dırnağın dəriyə bataraq bəzi xəstəliklərə yol açması da narahat ayaqqabılara görə baş verir. O bildirib ki, qadın 10 sm-lik bir dikdaban ayaqqabıda 1 saat gəzirsə onun verdiyi fəsad ayaq ölçüsündən iki ölçü kiçik ayaqqabı geymənin fəsadı qədər böyükdür: “ Dikdaban geyinən qadın gözə almalıdır ki, gələcəkdə dırnaq batıqlığı, göbələk, barmaq əyriliyi, dammar tıxanması, yerimə problemi, ən başlıcası isə onurğa əyriliyi kimi xəstəlikləri ola bilər. Qadınlar arasında geniş yayılmış baş ağrılarının da səbəbi məhz dikdaban ayaqqabılardır”./bugun/
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP