Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

"Məni Azadlıq radiosunda işləyən qardaşıma görə həbs ediblər"

Bu gün Şəkidə İsmayıllı hadisələri ilə əlaqədar növbəti məhkəmə prosesi olub.
İpəkçi qəzeti (ipekchi.biz) yaydığı xəbərə görə, bu gün 4 nəfər dindirilib- Elşən İsmayılov, Mirkazım Abdullayev, Tofiq Yaqublu və İlqar Məmmədli. Elşən İsmayılov ona verilən ittihamla razılaşmayıb və qeyd edib ki, onu qardaşı Elçinə görə tutublar- qardaşını tuta bilmədikləri üçün (qardaşı Azadlıq radiosunda işləyir).
Mirkazım Abdullayev isə bildirib ki, onu döyərək izahat alıblar. Ancaq heç bir izahata qol çəkməyib. Ona görə ki, onun savadı yoxdur. Hadisə zamanı orda olmayıb.
İlqar Məmmədov isə bildirib ki, o İsmayıllıya hadisələrdən sonra gəlib. Gəlməkdə məqsədi hadisələrə siyasi qiymət vermək olub.
Tofiq Yaqublu qeyd edib ki, o İsmayıllıda hadisələrdən sonra cəmi 10-15 dəqiqə olub. Bildirib ki, onu polislər saxlayıblar, sonra Bakıya qədər ötürüblər. Hadisələrlə əlaqəsi yoxdur. Sadəcə bir jurnalist kimi material hazırlamaq istəyib. T.Yaqublu ona verilən ittihamla razılaşmayıb və qeyd edib ki, bu siyasi sifarişdir.
Sabah saat 10-da məhkəmə prosesi davam etdiriləcəkdir./Bugun/
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01