Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Rusiyanın Stavropol diyarında antiterror əməliyyatı aparılır

Rusiyanın Stavropol diyarının ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, antiterror əməliyyatı rejimi Predqornı və Kirov rayonlarında yanvarın 8-i, saat 23:00-dan qüvvəyə minib.

Bundan əvvəl, Kirov rayonu ərazisində, “VAZ-2105” markalı avtomobilin içində güllələnmiş kişi meyiti tapılıb. Qonşu küçədə isə “VAZ-2107” markalı avtomobilin yük yerində daha bir meyit tapılıb. Avtomobillərdən birinin yanında partlayıcı qurğu aşkarlanıb.

Daha bir içində kişi meyiti olan avtomobil Predqornı rayonunda tapılıb. Polis hadisə yerinə çatdıqda, avtomobildən 20 metr aralıda partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində zərərçəkən olmayıb./apa/
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP