Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

"Azadlıq" meydanında aksiya keçirəcəm"

Anasının ölüdürüldüyünü deyən İlham Əliyevə ikinci müraciət
Bakı sakini Səyyarə Heydərova növbəti dəfə İ.Əliyevə müraciət edib. Müraciətin bir surətini də "Azadlıq"ın redaksiyasına ünvanlayıb. Səyyarə Heydərovanın ölkə başçısına yazdıqlarını ixtisarla təqdim edirik: "2013-cü ilin dekabrın 29-da intihar etmək istədim, lakin bayram əhvalınızı pozmamaqdan ötrü bunu etmədim. "Azadlıq" qəzeti sizə müraciətimi yazdı və dekabrın 30-da şəhər prokuroru Əziz Seyidov məni qəbul etdi. Qəbulda mənə söz verdi ki, ciddi yoxlama aparılacaq və mən bayramdan sonra gedib anamın xəstəlik tarixçəsini və ekspert rəyini götürüm. Yanvarın 7-də xəstəlik tarixçəsini və ekspert rəyini almaq üçün Sabunçu Rayon Prokurorluğuna getdim. Ancaq prokuror məzuniyyətdə idi və məni prokuror müavini Nazim Xudiyev qəbul etdi. Telefonla uxzun söhbətdən sonra sürəti mənə verməkdən imtina etdi. Şəhər prokuror isə belə bir göstəriş verib! Cənab prezident, bu Sabunçu prokurorluğununu üstündən keçdiyi il iş deyil. Anamı öldürüblər, heç kim tədbir görmək istəmir. Daha bir çıxış yolu var, yanvarın 12-də, saat 15-də "Azadlıq" meydanında mitinqə başlayacam və sona qədər dayanacam. 1988-ci ildə biz sona qədər dayandıq. Tələblərim sadədir:
1. Oqtay Şirəliyev işdən azad edilməlidir, həmçinin cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki
xəstəxanalarda özbaşınalıq hökm sürür və guya onun bundan xəbəri yoxdur.
2. Ekspert Şakir Musayev işdən azad edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.
3. 3 saylı Klinik xəstəxananın baş həkimi Xəlil Məmmədov işdən azad edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki əgər vaxtında xəstəxənada anama tomoqrafiya etsəydilər, indi sağ olardı.
Həkimlər Məmməd Məmmədov, Elmira və Namik cinayət məsuliyyətinə cəlb edilməlidir". Xatırladaq ki, Səyyarə Heydərova bundan əvvəl də İlham Əliyevə müraciət ünvanlayıb. O anasının öldürüldüyünü iddia edir./azadliq.info/
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber