Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

İraqın şimalında terrorçular 23 hərbiçini qətlə yetiriblər

İraqın müxtəlif əyalətlərində terror aktlarının ardı-arası kəsilmir.

İnterAz-ın “əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, silahlıların hücumu İraqın Diyala əyalətinin əl-Əzim bölgəsində həyata keçirilib. Silahlılar bölgədə nəzarət buraxılış məntəqələrinin birində hərbiçilərin binasına hücum edərək,daxildəki 13 hərbiçini öldürüblər. Sonra isə bina partladılıb.

Ölkənin qərbində ər-Rəmadi əyalətində isə silahlılar ordunun bir helikopterini vuraraq yerə salıblar. Bağdadda terror aktlarının şahidi olub. Paytaxtın şimalında quraşdırılmış bombanın partladılması nəticəsində bir polis həlak olub və 2 nəfər yaralanıb.

Xatırladaq ki hazırda İraq ordusu ölkənin Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ilə sərhəddə yerləşən əl-Ənbar əyalətində əl-Qaidə silahlılarına qarşı geniş əməliyyatlar keçirir
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı