Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

“Milli Şura heç bir partiyanı öz sıralarında məcburi saxlamır”

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” radiosuna Müsavat Partiyasının bu qurumdan çıxmasından danışıb: “Müsavat Partiyası Milli Şuraya öz qərarı ilə daxil olmuşdu, öz qərarı ilə də çıxdı. Milli Şura demokratik qurumdur və heç bir partiyanı, heç bir şəxsi öz sıralarında məcburi saxlamır.

Prezident seçkisindən sonra Müsavatı bir çox məsələ narahat edirdi. Biz bu məsələlərin əksəriyyətini həll etdik. Partiya Rüstəm İbrahimbəyovun həmsədrliyini istəmirdi. O, istefa verdi. Milli Şuranın hədəflərinin bilinməməyi iradını isə qəbul etmirik. Şura yaranarkən qəbul edilən memorandumda da, siyasi bəyannamədə də (Milli Şuranın bəyannaməsi) hədəflər göstərilib. Bu sənədlər də səsvermə ilə qəbul edilib.

Effektiv idarəçiliyə gəlincə, bunu hər birimiz istəyirik. Seçkidən sonra sədr postunda dəyişiklik edildi. Mən əvvəlcə sıravi üzv olduğumdan səlahiyyətim də az idi. Sədr seçildikdən sonra təşkilati məsələlərlə məşğul oldum. Strukturu elə qurmaq lazım idi ki, bütün partiyalar eyni dərəcədə təmsil olunsunlar. Biz sədr aparatını müəyyənləşdirdik ( Milli Şuranın sədr aparatı), amma struktur hələ tamamlanmamışdı. Sonrakı mərhələdə təkmilləşdirilməli və genişlənməli idi”.

Cəmil Həsənli deyib ki, Milli Şuranın fəaliyyətinin davam edib-etməyəcəyi istiqamətində müzakirələr davam edir: “Dəqiq bir qərara gələcəyik. Təbii ki, Milli Şuranın fəaliyyətinin davam etməsinin tərəfdarları çoxdur. Milli Şuranın saxlanmasında, gücləndirilməsində, Azərbaycan cəmiyyətindəki proseslərə təkan verən bir quruma çevrilməsində israr edənlər var”.
1561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı