Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

İran və ABŞ XİN müavinləri bu gün Cenevrədə görüşəcək

Bu gün Cenevrədə aparılacaq müzakirələrdə İran nüvə stansiyalarında quraşdırılan yeni sentrifuqalar danışıqların əsas mövzusu olacaq

İran və “Altılıq” nümayəndələri bu gün Cenevrədə nüvə müzakirələrini davam etdirəcək.

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Cenevrəyə çatıb və bu gün o, Avropa İttifaqı Ali Komisarı Ketrin Eştonun müavini ilə görüşəcək.

Nüvə danışıqları çərçivəsində Abbas Əraqçinin ABŞ dövlət katbinin müavini Vendi Şermənlə də görüşü baş tutacaq. Bu gün Cenevrədə aparılacaq müzakirələrdə İran nüvə stansiyalarında quraşdırılan yeni sentrifuqalar danışıqların əsas mövzusu olacaq.

Bildirək ki, Tehran və Vaşinqton rəsmilərinin nüvə müzakirələri çərçivəsində ikitərəfli görüşləri Həsən Ruhani administrasiyasının iş başına gəlməsindən sonra baş tutub. Hətta İran rəsmiləri bir neçə dəfə etiraf ediblər ki, onlar bundan öncə də Əfqanıstan və İraqda terrora qarşı mübarizə zəminində Vaşinqtonla müzakirələr aparıb.
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25
Rusiya Avropada dah