Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

“Android”lə çalışan kompüter istehsal olunub

ABŞ-da qiyməti 450 dollar təşkil edəcək kompüter 320 və ya 500 giqabaytlıq yaddaşla təchiz olunacaq

“Lenovo” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində “Android 4.2 Jelly Bean” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 19,5 düym diaqonallı displeyə malik “Lenovo N308” monoblok kompüter modelini təqdim edib.

Model “ARM” arxitekturalı dördnüvəli “Nvidia Tegra 3” prosessoru, 2 giqabayt operativ yaddaş, iki “USB 2.0” çıxışı, kardrider, “Ethernet” dəstəyi, 720 piksel formatlı kamera, quraşdırılmış mikrofon və stereodinamik, qulaqcığın qoşulması üçün çıxış, "Bluetooth” və “Wi-Fi” dəstəyi ilə təchiz edilib.

“Lenovo N308” istifadəçilərin “Google Play” və “Amazon AppStore” əlavələr mağazasından yararlanmasına imkan yaradacaq. Çin istehsalçısı modelin tədarükünə 2014-cü ilin fevralında başlamağı planlaşdırır. ABŞ-da qiyməti 450 dollar təşkil edəcək kompüter 320 və ya 500 giqabaytlıq yaddaşla təchiz olunacaq, eləcə də model dəstində klaviatura və “maus” yer alacaq.

“Lenovo N308” monoblok kompüterindən 3 saatlıq avtonom rejimdə iş üçün nəzərdə tutulan quraşdırılmış batareya sayəsində planşet kimi istifadə etmək mümkündür./interaztv/
1682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45
“O dey