Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Milyonlara üzlənən binalar sökülür

Keçmiş «Moskva» prospektində yenidən söküntü başlayıb

Bu dəfə evlər Olimpiya oyunlarının güdazına gedir

Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən 3, 4 və 5 mərtəbəli bir neçə bina sökülür. Yerində isə daha hündür mərtəbəli bina tikiləcək. Məlumatlara görə, söküntü işləri 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına görədir.

Mənzil sahiblərinin qarşısında iki şərt

Ötən gün sözügedən ünvana baş çəkib vəziyyətlə maraqlandıq. Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Saatlı bina” adıyla məşhur olan ərazidən Heydər Əliyev Mərkəzinə qədər bir neçə yaşayış binası yerləşir. Orada dövlət idarələrin rayon şöbələrinin də ofisləri də var.
Hündür mərtəbəli və daha gözəgəlimli binaların sökülməsi həm də Heydər Əliyev Mərkəzinə görədir. 
Əksəriyyəti mənzillərini tərk edib. Sakinlərin qarşısında iki təklif var. Onlar ya mənzillərinin kvadrat metrini 1500 manatdan satıb getməli, ya da iki ilə tikiləcək binaya yenidən qayıtmaq üçün kirayədə yaşamalıdırlar. Əksəriyyəti kirayədə yaşamağa üstünlük verir.

“Belə daha yaxşıdır. Şəhərin ən gözəl yerlərindən birində qalırıq. Niyə 1500 manata razılaşıb evimizi tərk etməliyik? Bu pulla mərkəzə yaxın ünvanlarda ev almaq olarmı? Indi təmirsiz mənzillərin bir kvadrat metri 2 min manatdan aşağı deyil. 28 may ərazisində yeni tikilən binalarda 3-4 otaqlı mənzillər 500 min manata satılır. Bizdə o qədər pul hardandır? Ya o evləri ala biləcək qədər kompensasiya verilsin, ya da iki il dözüb yenidən mənzilimizə qayıdarıq”, - deyə sakinlər söyləyir.

Vətəndaşlar inanmır...

Mənzil sahibləri kirayədə qaldıqları müddətdə onlara aya 250-400 manat arasında pul veriləcək. Bu məbləğ isə kirayə və kommunal xərcləri qarşılamaq üçündür. Sakinlər isə məbləğin azlığından narazılığını dilə gətirirlər. Onların fikrincə, gündən-günə kirayə haqları və başqa xərclər artan bir zamanda bu vəsait heç bir işə yaramayacaq: “Gündən-günə qiymətlər qalxır. Yeni ildən kommunal xərclər bahalaşacaq. Belə olan zamanda bizə verilən pulun dəyəri də olmayacaq. 250-400 manat deyirlər, ancaq inanmırıq ki, bu qədər pulu sona qədər ödəsinlər. Hətta ödəsələr belə, bu nəyisə dəyişməyəcək”.

Söküləcək binaların sayı 10-a yaxındır. Baxmayaraq ki, bir neçə il öncə sözügedən ərazidə yerləşən binaların Heydər Əliyev prospektinə baxan hissəsi bahalı daşlarla üzlənib. Ancaq daha yaraşıqlı görünmək və avropalılara xoş görünmək üçün nisbətən kiçik mərtəbəli və ötən əsrdə tikilən binaları tarixin arxivinə göndərəcəklər.
Qeyd edək ki, ərazidə - Heydər Əliyev prospekti, 81-də yerləşən 3 saylı peşə litseyinin binası da sökülür.

/azadlıq/
1642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 07:48
Tovuzda Xalq Ayağa