Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

ABŞ-ın Fətullah Gülənlə bağlı möhtəşəm hesabatı - Hökm

Uzun illərdir Fətullah Gülən hərəkatını dərindən araşdıran mərkəzi ABŞ-da yerləşən Orta Asiya Media Tədqiqat İnstitutu (MEMRI) hazırladığı hesabatla dini təriqətin qəribə əlaqələrini aşkarlayıb.

“Axar.az” xəbər verir ki, hesabatda bir ABŞ məhkəməsinin verdiyi hökmdə belə yazılıb: “Gülən ABŞ üçün fövqəladə qabiliyyətlərə sahib bir miqrantdır”.

Gülənin nəzarətində 25 milyard dollar var

Cəmi 20 səhifəlik hesabatda əvvəlcə Fətullah Gülənin Türkiyənin siyasi arenasına quruluş verməyə çalışan bir fiqur olduğu bildirib:

“Bunu elədiyi vaxt həm iqtidar partiyası içindəki tərəfdarlarından istifadə edir, həm də hərəkatın fantastik dərəcədə böyük media imperiyasını, maliyyə quruluşlarını, banklarını, müəssisələrini, minlərlə məktəb və universitet, işıq evləri (nurçu gənclərin qaldığı evlər) və oxşar qurum və quruluşlardan yaranan beynəlxalq şəbəkəsini hərəkətə keçirir. Fətullah Gülən bir maliyyə imperatorudur. Ən zəif ehtimallara görə, 25 milyard dollarlıq əsrarəngiz bir büdcəsi var”.

Məhkəmənin qərarı: “Gülən ABŞ-ın xeyrinədir”

“Fətullah hərəkatı”nın lobbi yaratmaq üçün böyük maddi qaynaqlardan istifadə etdiyi deyilən hesabatda bu ifadələrə yer verilib:

“Əmrindəki bütün təşkilatlar və universitetlər (böyük pullar axıtmağa davam etdiyi “Georgetown” universiteti də daxil olmaqla) ABŞ-da və Avropada Gülənin konfranslarını təşkil edir. 2007-ci ilin oktyabrında İngiltərədə “Lordlar Evi” Fətullah Gülənin şərəfinə bir konfrans təşkil edib. ABŞ-da bir Federal Məhkəmə Amerika Milli Təhlükəsizlik Departamentinin və Miqrasiya İdarəsinin Gülənin yaşıl kart müraciətini “təhsil sahəsində fövqəladə bacarıqlara sahib olan şəxs” kriteriyasına uymadığına görə rədd qərarı geri qaytarılmışdı. Amerika Milli Təhlükəsizlik Departamenti Fətullah Gülənin təhsil sahəsində bir mütəxəssis, ya da pedaqoq olaraq deyil, “çox böyük və təsirli dindar və siyasi hərəkatın holdinqlər sahibi olan lider” olaraq təqdim etmişdi. Məhz bundan sonra Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agentləri Corc Fidas və Qraham Fuller, Amerikanın Türkiyədəki keçmiş səfiri Morton Abramoviç Gülən üçün dəstək məktubu yazıb.

Məktublar işə yarayıb. 16 iyul 2008-ci ildə Amerika vilayət hakimi Stüart Dalzell bir etibarnamə yayımlayıb. Bu etibarnamə ilə Amerika Miqrasiya İdarəsi Gülənə 1 avqust 2008-ci ilə qədər “fövqəladə bacarığa sahib olan miqrant” olduğu əsası ilə işləmək icazəsinin verilməsini tələb edirdi.
Nəticədə, məhkəmə Gülənin Amerikada yaşamaq istəyən şəxslərdə görmək istədiyi “Birləşmiş Ştatların xeyrinədir” məcburiyyətinin yerinə yetirildiyi qərarını verib.

Gülən şəbəkəsinin təməlində hazırlıq kursları və məktəblər var

Hesabatda Gülən hərəkatının təhsil sahəsinə ciddi maraq göstərdiyi qeyd olunub:
“Fətullah Gülən şəbəkəsinin təməlində təhsil qurumları var. Gülənin təhsil şəbəkəsi möhtəşəmdir. Araşdırmalara görə, Türkiyədəki iki milyon hazırlıq kursları şagirdlərinin 75%-i Gülənin məktəblərində oxuyur. Gülən bütün Türkiyəyə yayılmış minlərlə seçmə məktəbi, üniversitetləri və tələbə yataqxanalarını nəzarətində saxlayır. Türkiyə xaricində dünyanın hər yanına yayılmış Gülən hərəkatı yüzlərlə orta məktəb, təxminən 110 ölkədə onlarla universiteti nəzarətdə saxlayır. Gülənin məktəblərində təhsil alan gənclər gələcək üçün hüquq, siyasət və təhsil karyeralarına hazırlaşırlar. Həmin gənclər arasında indi icra hakimləri, hakimlər, Türkiyə Silahlı Qüvvələrində (TSQ) zabitlər var. Hətta nazirlər var ki, bunlar Gülənlə məsləhətləşmədən heç bir şey edə bilməzlər”.

MEMRİ hesabatından

Türkiyə tarixində indiyə kimi heç kimin Fətullah Güləninki qədər Türkiyə cəmiyyətini kökündən dəyişdirməyə çalışan bir siyasi hərəkatı olmamışdı.
1460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22