Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Komaya düşən qadın öldü - Həkim terroru

Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı körpəsini itirərərk komaya düşən 1979-cu il təvəllüdlü Esmira Yadulla qızı Ocaqverdiyeva bu gün vəfat edib.

Qadının ailə üzvlərinin verdiyi məlumata görə, bu gecə dünyasını dəyişən qadının ölümünə həkim səhlənkarlığı səbəb olub. “O, həkim səhlənkarlığının qurbanı oldu. Özləri qadını bu vəziyyətə saldılar, sonra da sağalda bilmədilər”.

Dünyasının dəyişən Esmira Ocaqverdiyeva bu gün saat 13:00-da Biləsuvar rayonu Nəriman kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Ocaqverdiyeva ötən ilin sonu - 28 dekabrda doğuş sancıları ilə Mingəçevirdə doğum evinə gətirilib. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildiriblər.

Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Buna baxmayaraq, qadın komaya düşüb.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib.

Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu bildiriblər. Xəstənin yaxınları uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini qeyd ediblər. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini və hər hansı həkim səhlənkarlığının olmadığını deyir.

Xatırladaq ki, Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə komaya düşən ananı nəzarətə götürmüşdü. Xəstənin müalicəsi üçün Bakı şəhərindən təcrübəli reanimatoloq göndərilmişdi. Onun vəziyyətində müsbət irəliləyişlərin olduğu deyilsə də, qadının həyatını qurtarmaq mümkün olmayıb./ans/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01