Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Amerikada kütləvi həbslər başladı

Amerika, ictimai sektorda baş verən kütləvi həbslər qalmaqalı ilə çalxalanır.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, yüzdən çox polis, fövqaladə işçisı haqqında istintaq başladılıb. İddialara görə çoxu polis olmaqla 100-dən çox adam pisixoloji travma və ya fiziki əlillik bəhanəsiylə təqaüdə çıxıb. Həbs olunanların 72 nəfəri isə 11 sentiyabr hadisəsində təqaüdə çıxanlardır.

Başladılan əməliyyatda şübhəlilər dünən həbs edilib.

Məmurların qeyri-qanuni yolla təqaüdə çıxmalarına şərait yaradan şəbəkə lideri 250 000-1 milyon dollar arasında girov qoyaraq həbssiz mühakimə olunacaq.

Həbs olunanlar arasında saxta sanəd vermiş 2 həkim də var.

Əməliyyatın başlanmasına isə həbs edilənlər özləri səbəb olub. Belə ki, sosial şəbəkələrdə onların cah-cəlallı yaşam tərzləri prokurorların diqqətini cəlb edib. Nəticədə istintaq başladılıb.

11 sentiyabr hadisəsəndən təqaüdə çıxanlar ildə 30-50 min dollar təzminat alır. Bəzilərinin 500 min dollar aldığı deyilir.

Həbs edilənlərin artacağı bildirilir. Nyu York polis idarəsi isə sukutu pozmur.

Həbs edilənlərin dövlətə 21,4 milyon dollar ziyan vurduğu iddia edilir.
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı