Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Suriyada DAİŞ-in həbsxanasındakı 300 məhbus azad edilib

Suriyanın şimalında müxalifət qruplaşmaları arasında qarşıdurmalar şiddətlənib.

SalamNews-un əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, “İraq və Şamda İslam Dövləti”nin (DAİŞ) Hələbdəki qərargahlarının əksəriyyəti süqut edib və müxalifətin digər qruplaşmalarının əlinə keçib. Müxalifətin digər islamçı qruplaşmaları DAİŞ həbs etdiyi yüzlərlə insanlardan 300 nəfərini azad edə biliblər.

Radikal DAİŞ qruplaşması isə əsasən minalanmış maşınları partladmaqla qarşı tərəfin çoxlu sayda canlı itgilər verməsinə səbəb olub. Tərəflər arasında qarşıdurmalar bir həftədir ki davam edir və bu qarşıdurmalarda təqribən 400 insan ölüb.

Hakimiyyət qüvvələri isə Hələbin Təll-Rəfət rayonunda müxalifətin mövqelərini hədəfə alıb. Burada 15 nəfər ölüb. Hakimiyyə ordusunun digər əməliyyatları Dəra (cənub) və Dəməşqətrafı əyalətin əl-Məliha və Cərmana rayonlarında həyata keçirib.
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP