Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Hakan Şükür ABŞ-a Fətulla Gülənin yanına gedir

Ötən ilin dekabr ayında Türkiyənin “AK” partiyasından istefa verən keçmiş futbolçu Hakan Şükür bu səhər ABŞ-a getdi.

Bunu Hakan Şükür özünün Twitter səhifəsində yazıb. “Qızıma xarici dil təhsili seçmək üçün xaricə gedirəm və fürsətim olsa, sevdiyim insanları da ziyarət edəcəyəm”, – deyə Hakan Şükür bildirib.
Hakan Şükür “sevdiyim insanlar” deyəndə kimləri nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə səhər 07.25-də Nyu-Yorka gedən Şükür, ABŞ ziyarəti ilə bağlı suallara gülümsəyərək, “Səyahət” cavabını verib./Ans/
1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09