Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

"Düşmənin gülüşlərinə aldanmayın"

Ayətullah Seyid Əli Xamenei: "Sonununcu müzakirələrdə bir daha Amerikanın İranla düşmənçiliyi özünü göstərdi"

FaktXəbər-in “Farsnews”a istinadən verdiyi məlumata görə, Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei Qum şəhərində alimlərlə görüşüb. O, şah rejiminə qarşı baş tutan “Qanlı 19 dey qiyamı”nın (9 yanvar) ildönümündə, Qərbi və xüsusilə də ABŞ-ın gülüşlərinə aldanmamağı tövsiyə edib.

İran İslam İnqilabında Qum əhalisinin mühüm rolundan danış Ayətullah Xamenei bildirib ki, heç vaxt əsas hədəfdən yayınmaq olmaz: “İran İslam Respublikasının hədəfi İslam ideyalarını, yəni bəşəriyyətin maddi və mənəvi yüksəlişini təmin etməkdir. Bizim düşmənlərimiz elə hesab edirlər ki, guya İran xalqı iqtisadi embarqolara görə təslim olub. Halbuki yenə də səhv edirlər, çünki bu millət heç vaxt təslimiyyəti qəbul etməyib. İran xalqı bundan da çətin vəziyyətlərdə təslim olmayıb.”

İran və Qərb ölkələri arasındakı nüvə müzakirələrindən danışan Ali Dini Lider deyib ki, sonuncu müzakirələrin müsbət nəticəsi oldu: “Hamıya aydın oldu ki, Amerika rəsmilərinin İran və iranlılarla, müsəlmanlarla düşmənçiliyi var. Sonuncu müzakirələr həm Amerikanın düşmənçiliyini, həm də zəifliyini bir daha göstərdi.”
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23