Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Xərçəngin dərmanı tapıldı

Türk həkimindən böyük kəşf

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına Universitetin professoru Halis Süleyman xərçəng xəstəliyinin dərmanını tapıb.
Ailem.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərzurum Atatürk Universitetində çalışan Həkim Halis Süleyman illərdir davam edən araşdırmasının nəticəsində mədə xərçəngi üçün dərman tapdığını bildirib. Halis Süleyman heyvanlar və xərçənglə bağlı araşdırma apardıqdan sonra mədə xərçənginin qarşısını yüzdə yüz alan dərman icad edib. Tibb dünyasında böyük dönüş yaradacaq bu kəşfin qaynağının nə olduğu açıqlanmır. Lakin deyilənə görə, bitkidən hazırlanmış bu dərmanın 1-2 il sonra insanlar üzərində sınaqdan keçiriləcəyi və tezliklə insanların istifadəsinə verilməsi planlaşdırılıb.
Kəşfi ilə bağlı həkim Halis bunları bildirib: "Əslində bu, bir bitkidi, ancaq adını hələ açıqlamırıq. Bu bitki heyvanlar üzərində sınaqdan keçirilib və xərçəngə qarşı təsirli olduğu aşkarlanıb. Bitkini qəbul edən heyvanların istər mədəsində, istər mədəaltı vəzisində olan bədxassəli şişin inkişafı dayanıb. Bitki xərçəng hüceyrələrini yüzdə yüz öldürür. Sağlam insan hüceyrlərinə toxunmur, yalnızca xərçəng hüceyrələrini məhv edir. Biz bu bitkinin faktor maddəsinin üzərindəki çalışmaları bitirdikdən sonra onu insanlar üzərində də sınaqdan keçirəcəyik".
İldə 1.5 milyon insanın təkcə mədə xərçəngindən öldüyünü deyən Halis Süleyman bu kəşfin yalnızca universiteti deyil, Türkiyəni də sağlamlıq sahəsində nömrə 1 edəcəyini düşünür.
1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01