Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Göygöldə silahlı toqquşma (Foto)

Göygöl rayonunda iki dəstə arasında silahlı insident yaşanıb. Hadisə yanvarın 7-dən 8-ə keçən gecə rayon ərazisindəki “Duru” restoranında baş verib. Bugun.az xəbər verir ki, “Azadlıq” qəzetinin bölgə müxbirinin əldə etdiyi məlumata görə, “razborka” aparan tərəflərdə avtomat və vinçester tüfəngləri olub, silahlar hadisə yerində tapılaraq götürülüb.


Dava edənlərin isə Gəncə şəhər sakini Hüseynov İlkin İsfəndiyar oğlu ilə həmin şəhərdə yerləşən “Daşqın İnşaat”ın sahibi Rəhimov Tahir Şamiddin oğlu və onların ətrafındakı adamlar olduğu deyilir. Bildirilir ki, İlkin Hüseynovun dəstəsində 5, Tahir Rəhimovun dəstəsində isə 6 nəfər olub.

Məlumatlarda deyilir ki, İlkin Hüseynov əvvəllər Samuxda “X klub” adlı bar işlədib. Orda 4 nəfər Goranboy və Naftalan sakininini bıçaqlamaqda şübhəli bilinərək axtarışa verilib və hadisə törədilənə qədər də axtarışda olub.

Göygöl rayon polis şöbəsinin əməliyyat üzrə 1-ci müavini, polis polkovnik leytinantı Eldar Bağırov “Azadlıq”ın əməkdaşına deyib ki, baş vermiş insidentə görə bir neçə nəfər saxlanılıb.

Hadisə zamanı İlkin Hüseynovun yaralandığı, lakin axtarışda olduğu üçün xəstəxanaya müraciət etmədiyi deyilir. Güman olunur ki, o, gizli şəkildə, ev şəraitində müalicə alır.

Davanın digər iştirakçısı Tahir Rəhimovun isə sabiq polis baş leytinantıdır. Onun adı başqa kriminal xarakterli mübahisələrdə də hallanır.

Məlumatlara görə, Tahir Rəhimov bir neçə gün öncə Samux rayonu ərazisində torpaq sahəsi üstündə mübahisə zəmnində Rəqidi adlı bir nəfərin üzərinə silah çəkib. Samux polisi onun hədə-qorxu üçün istifadə etdiyi silahı ondan alıb. Torpaq mübahisəsi zamanı Tahir Rəhimov Samux rayon sakini, hazırda Gəncədə yaşayan Faiq Şərif oğlunu da döyüb. Döyülən şəxs aldığı travmaya görə xəstəxanaya yerləşdirilib.

Samux, Göygöl və Gəncədə “razborka” yerlərində Tahir Rəhimova məxsus maşının dövlət qeydiyyat nişanının tərsinə asılmış şəkillərinin fotosu da çəkililb.

 

1748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı