Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Masallı dindarlarının hökmü qüvvədə qaldı

Masallı rayonunda şərlənərək həbs olunan dindarların apellyasiya məhkəməsi keçirilib.

Cenubnews.com İnternet Qəzetinin məlumatına görə, Masallı rayonunda həbs olunan 8 dindara Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən apellyasiya şikayətinə baxılıb.

Apellyasiya məhkəməsi Masallı dindarlarının hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki,Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar.Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşlarına xəsarət yetirmək ittihamı ilə tutulublar. Baş Redaktor Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.

Xatırladaq ki,ötən məhkəmə proses köməkçi hakimlərdən biri məhkəməyə gəlmədiyi üçün təxirə salınmışdı.
1687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber