Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

İstanbul birjası fəaliyyətini dayandırdı

Türkiyədə baş verən siyasi qalmaqallar ölkə iqtisadiyyatını zəiflətməkdə davam edir. Rüşvət əməliyyatından sonra rekord həddə ucuzlaşan türk lirəsinin ardınca indi də İstanbul birjası fəaliyyətində ciddi fasilələr yarandı. Ölkənin əsas səhmlərinin idarə olunduğu bu mərkəz, təmsil olunduğu ölkənin həm də iqtisadi yükünü çəkir.

Türkiyə bürosundan müxbirimiz Pərviz Sultansoy ən son məlumatları çatdırıb.

Anstv-nin Türkiyə bürosu, Pərviz Sultansoy: “Bildiyiniz kimi günlərdi Türkiyə siyasi gərginliyi ilə gündəmdədir. Bu gün isə iqtisadi gərginliklə yadda qaldı. Səhər saatlarından etibarən İstanbul birjası öz fəaliyyətini dayandırdı. İstanbul birjasindan büromuza verilən məlumata görə bildirilir ki, səhər saat 10:51 radələrindən etibarən İstanbul birjası öz fəailiyyətini texniki nasazlıqa görə dayandırdı. Buda təbii ki, Türkiyədə avro və dolların məzənnəsinin yüksəlməsinə və bunun əksinə türk lirəsinin məzənnəsinin aşağı düşməsinə səbəb olub və bu dollar və avronun 0,22% dərəcəsi ilə bu məzənnələrin yüksəlməsi öz təsdiqini tapdı. Buda təbii ki, bu birjanı saatlarca gün ərzində texniki səbəbdən dolayısı ilə Türkiyədə iqtisadi gərginliyə səbəb oldu. Onuda xüsusilə qeyd etməliyəm ki, artıq axşam saatlarında büromuza İstanbul birjasından məlumat verildiki saat 16: 00 radələrindən etibarən İstanbul birjası fəaliyyətinə qaldığı yerdən davam etməyə başlayıb və texniki nasazlıq tamamilə aradan qaldırılıb”.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı