Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Ziya Məmmədovun "qoçuları" Üzeyir Cəfərovu təhqir etdi - (Foto)

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən təhqir olunub.

Virtualaz.org xəbər verir ki, bu barədə Ü.Cəfərov özü məlumat verib.

Ü.Cəfərov yanvarın 9-u saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5 saylı xəstəxananın qarşısında Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 nömrəli avtomobildə olan qurumun əməkdaşları tərəfindən təhqirlərə məruz qalıb.

"Maşının sürücüsü tərəfindən təhqir olundum. O, məni ən tərbiyəsiz şəkildə təhqir etdi. Mən ondan özünü adam kimi aparmağı xahiş edəndə bu tərbiyəsiz və əxlaqsız adamabənzər məxluq ən təhqiramiz formada, küçə sözləri ilə məni dilə gətiriləsi mümkün olmayan formada təhqir etdi. Yanında da iki nəfər oturmuşdu"- deyə hərbi ekspert bildirib.

Ü.Cəfərov Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənova zəng edərək bu barədə məlumat verib. N.Həsənov söz verib ki, yanvarın 10-da bu hadisə ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək.

Ü.Cəfərov onu təhqir edən nəqliyyat müfəttişlərinə xəbərdarlıq edərək bunları deyib: "Həmin şəxsə səslənirəm. Məni tanıyanlar bilirlər ki, hətta ölümdən də qorxan adam deyiləm. Danışığından və ləhcəsindən bu şəxsin Naxçıvandan olması heç bir şübhə doğurmurdu. Onu da bildirmək istəyirəm ki, hardan olmasına və kimliyindən asılı olmayaraq mən bu işin son nöqtəsinə çıxacam. Əgər bu tərbiyəsiz ən sərt şəkildə cəzalandırılmasa, onu yaxın günlərdə hüquqi müstəvidə cəzalandırmağa söz verirəm".

1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
<