Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

ABŞ hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

ABŞ-a məxsus hərbi təyyarə Əfqanıstanda qəzaya uğrayıb. Ans-in xarici mətbuata istinadən məlumatına görə, qəzada 2 hərbçi olmaqla 3 nəfər həlak olub.

Pentaqondan bildirilib ki, hadisə gecə kəşfiyyat uçuşu yerinə yetirən "MC-12" Beechcraft turbovintli təyyarədə baş verib.

NATO-nun bəyanatında deyilir ki, qəzaya uğraması nəticəsində Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) iki hərbi qulluqçusu və ISAF ilə müqavilə əsasında xidmət edən bir mülki şəxs həlak olublar.

Qəzanın dəqiq səbəbləri bilinmir.
1500 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz