Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

İstanbulun keçmiş baş prokuroru Ərdoğanı ittiham etdi

17 dekabr rüşvət əməliyyatının əsas simalarından olan və buna görə də iki gün əvvəl vəzifəsindən uzaqlaşdırılan baş prokuror Zekeriyyə Özün jurnalistlərə verdiyi açıqlama gündəmi yenidən çalxalayıb. Keçmiş prokuror etdiyi açıqlamada deyib: "Baş nazir Rəcəb Tayyib Ərdoğan iki nəfəri onun yanına göndərərək “Hökümətə qarşı olan əməliyyatı dərhal saxlamağı tələb edib. Əks təqdirdə zərər görəcəyi və bunun cəzasının ağır olacağı ilə hədələyib”.

Müxalifət lideri Kamal Kılıçdaroğlu da Ərdoğana qarşı bu ittihamın doğru olduğunu deyib.

Müxalifət baş nazirdən açıqlama tələb edib.

CHP lideri, Kamal Kılıçdaroğlu: “Baş nazir bizi qane edən bir açıqlama etmədiyi müddətdə Özünün açıqlamalarına etibar edəcəyik. Çünki göndərdiyi şəxslərdən biri Türkiyədə ombudsman kimi qəbul edilən biridir və o bu məsələdə jurnalistlərin suallarına israrla cavab vermir. Bu həqiqəti də hər kəsin bilməsi gərəkdir”.

Xaricdə səfərdə olan baş nazir Ərdoğan isə söylənilənlərin yalan olduğunu deməklə kifayətlənib. Baş nazir tərəfindən daha geniş açıqlamanın Türkiyəyə dönəcəyində ediləcəyi gözlənilir. Zəkəriyyə Özün Türkiyədə 2012-ci ilə qədər generallara qarşı həyata keçirilən Ergenekon və Balyoz məhkəmə işlərini aparan şəxs kimi yadda qalıb. 17 dekabr əməliyyatlarından sonra isə o da dövlətə xəyanət etməkdə günahlandırılır. /ans/
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat