Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Mursi tərəfdarlarından 87-si üç il həbsə məhkum ediliblər

Misirdə müvəqqəti hökümət nümayişlər və etiraz aksiyaları ilə bağlı sərt qanunların icrasına başlayıb.

SalamNews-un "əl-Quds" qəzetinə istinadla verdiyi xəbərə görə, cümə axşamı günü Misirdə Məhəmməd Mursi tərəfdarlarından 87 nəfər məhkəmə qarşısına çıxarılıb. Qahirədə keçirilən bu məhkəmə preseslərində ötən il noyabrın 29-da icazəsiz aksiya keçirən 87 nəfərin hər biri 3 il azadlıqdan məhrum edilib. Mühakimə edilənlərdən 63 şəxsin hər biri 7 min dollar cərimə olunub.

Məhkumların həmçinin ictimai asayişi pozmaq və ümumi əmlaka zərər vurmaqla da təqsirləndirliblər.

Xatırladaq ki, Misirdə noyabrın 25-də aksiyalarla bağlı qanuna əsasən, icazəsiz mitinq keçirənlər həbs edilməlidirlər. Bu qanunda həmçinin pilos qüvvələrinə nümayişlərin dağıdılması üçün aşırı səlahiyyətlər verilib.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...