Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Humsda qurulan pusquda müxalifətin 45 silahlısı öldürülüb

Suriyada sülh danışıqları öncəsi qarşıdurmalar daha da şiddətlənib.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, Hums şəhərində müxalifətin onlarla üzvü hakimiyyət ordusunun pusqusuna düşüb. Mühasirəni yarmaq istəyən müxalifət döyüşçülərindən ən azı 45 nəfər ölüb. Hadisə şəhərin əl-Xalidiyyə rayonunda baş verib.

Burada gedən döyüşlərdən sonra hakimiyyət qüvvələri şəhərin əs-Səxnə rayonunu ələ keçirib.

Son sutkada qarşıdurmalar, digər əyalətlərdə də davam edib. ər-Riqqədə radikal DAİŞ qruplaşması və müxalifətin digər qruplaşmaları arasında qarşıdurmalar baş verib.

Dəməşqətrafı əyalətin müxtəlif rayon və qəsəbələri də ənənəvi olaraq qarşıdurmaların şahidi olub.

Ekspertlərin fikrincə, Suriya sülh danışıqlarına cəmi iki həftə qalan bir müddətdə qarşıdurmaların bu dərəcəyə çatması, bu müzakirələrin indidən məğlubiyyətə uğrayacağından xəbər verir.
1624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...