Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

"Livan Qəssabı" Ariel Şaron öldü

Uzun müddətdir komada olan İsrailin keçmiş baş naziri, “Livan qəssabı” adı ilə tanınan sionist Ariel Şaronun öldüyü xəbərləri yayılıb.

İstiqamet.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə sionist Ariel Şaronun ölüm xəbərini ailəsi qısa zaman sonra elan edəcək.
İsrail qəzetləri isə 8 ildir komada olan keçmiş baş nazirin vəziyyətinin daha da pisləşdiyini və son saatlarını yaşadığını yazırlar.
İsrailin “The Jerusalem Post” qəzetinin internet səhifəsi A.Şaronun qaldığı Ber Şava Tibb Mərkəzi jurnalistləri mərkəzə çağıraraq keçmiş baş nazirin vəziyyətinin çox pis olduğunu bildirib.
85 yaşındakı “Livan qəssabı”nın beyninə 2006-cı ili Yanvar ayının 4-də qan sızdıqdan bu yana komada yaşayırdı.
Ariel Şaronun 1982-ci ildə İsrail tərəfdarı ifrat sağcı xristian falanjist qrupların Livanın paytaxtı Beyrutdakı Sabra və Şatilla düşərgələrində gerçəkləşdirdikləri qətliamda əli olduğu bilinir.
Uşaqlar və qadınlar daxil təxminən 3500 insanın öldürüldüyü bu qətliamdan sonra qondarma İsrail Məclis Araşdırma Komissiyası qətliamın bir nömrəli günahkarı olaraq o vaxtki İsrail müdafiə naziri olan Ariel Şaron günahlandırmış, bundan sonra isə Şaron vəzifəsindən istefa vermişdi.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.1