Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Əvvəlcə qadının başını kəsmək istəyib

Bakıda kişi başını kəsmək istədiyi sevgilisini qanına qəltan etdi 
Qadına bir neçə bıçaq zərbəsi vuran kişi hadisə yerindən qaçıb

Kriminal Ötən gün saat 13:47 radələrində Bakının Nərimanov rayonu ərazisində 30 yaşlı kişi qəyri-rəsmi şəkildə münasibətdə olduğu 26 yaşlı qadını qanına qəltan edib. Rayon Polis İdarəsi 17-ci polis bölməsindən ans-ə verilən məlumata görə, hadisə dəmir yolunun ərazisində baş verib. Orada 1984-cü il təvəllüdlü Məqsəd Cari oğlu Badayev gəzdiyi 1987-ci il təvəllüdlü Mətanət Sərdar oğlu Ərəbovanı bir neçə yerdən bıçaqlayıb. Qadın qan içərisində relslərin arasına yıxılıb. Onu bıçaqlayan sevgilisi isə aradan çıxıb.

Deyilənlərə görə kişi əvvəlcə qadının başını kəsmək istəyib. Lakin sonradan qadının boynundan və qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub.

Qadını hadisə şahidləri tapıblar. Əraziyə polis və təcili yardım həkimləri çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə, Mətanət Ərəbova uzun müddət Məqsəd Badayevlə sevgili olublar. Hətta onların bu məhəbbətdən bir övladları da var. Qadını qanına qəltan edərək hadisə yerindən qaçan kişi sonradan polislə əlaqə saxlayaraq təslim olacağını bildirib.
1625 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40