Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

İrana qarşı sanksiyaların tətbiqi düz addım deyildi

İrana qarşı sanksiyaların tətbiqi düz addım deyildi – Britaniyanın sabiq XİN rəhbəri
“İrana tətbiq edilən sanksiyaların götürülməsi üçün çalışacağıq. İrana qarşı sanksiyaların tətbiqi düz addım deyildi."

SalamNews-un MehrNews xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Britaniyadan Tehrana rəsmi səfərə gələn parlament nümayəndə heyətinin sədri, sabiq XİN rəhbəri Cek Strou iranlı şəhid ailələri ilə görüşü zamanı bildirib.

O, İranda öldürülən nüvə alimlərinin ailələri qarşısında ölkəsinin terrorizmin bütün növlərini, o cümlədən nüvə alimlərinin öldürülməsini qətiyyətlə pisləyib.

Görüşdə iştirak edən digər Britaniya parlament üzvü Ben Vals İrana qarşı terror aktlarının törədilməsində ittiham ediələn “Xalq Mücahidləri” qruplaşmasının yenidən terror siyahısına salınmasının ehtimal edildiyini söyləyib.

Xatırladaq ki, hazırda 4 nəfərdən ibarət Britaniya parlament nümayəndə heyəti Tehranda dördgünlük səfrdədir. Məqsəd iki ölkənin diplomatik əlaqələrini sadələşdirməkdir.
1627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59