Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Rusiyadan Suriyaya kömək

Rusiya Dəməşqə uşaq qidası və dərman göndərəcək
Rusiya ictimai təşkilatları Dəməşqə yeni partiya uşaq qidası və dərman yollamağa hazırlaşırlar. Silahlı münaqişə və Qərbin iqtisadi sanksiyaları səbəbindən Suriyanın bunlara hazırda kəskin ehtiyacı var.

SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Moskvadakı mətbuat konfransında Antioxian pravoslav kilsəsinin yepiskopu Alameyski İsaak Barakat bildirib ki, ölkədə uşaq qidası və süd yoxdur. Biz Suriya Sosial Məsələlər Nazirliyi, həmçinin Dəməşqdəki Qırmızı Xaç və Aypara Cəmiyyətlərinin Suriyaya uşaq qidası ötürmək xahişini sizə çatdırırıq. Humanitar yardım hər kəs – həm müsəlmanlar, həm də xristianlar arasında bölünüb və bölünəcək.

Rusiya İmperator Pravoslav Fələstin İcmasının (İPFİ) sədr müavini Yelena Aqapova Suriya üçün yeni – səkkizinci partiya humanitar yardım üçün vəsaitin toplanması barədə məlumat verib. Humanitar yardımın əsas hissəsini körpələr üçün quru qida və süd təşkil edəcək.

O, İTAR-TASS-a bildirib ki, uşaq üçün qida sentyabrın 29-da göndərilib, yeni 10 tonluq partiya bu payız yollanacaq.

İPFİ nümayəndəsi həmçinin Yaxın Şərq və Şimali Afrikada xristianların müdafiə İctimai Mərkəzinin yaradıldığını bildirib. Mərkəzin məqsədi xristianların vəziyyətinin monitorinqi, onların beynəlxalq təşkilatlarda hüquqlarının müdafiəsi, Ərəb Dövlət Liqası ilə əlaqələr, xristianların heykəl və müqəddəs abidələrinin müdafiəsi sahəsində UNESCO ilə əməkdaşlıq, Qırmızı Xaç və digər humanitar təşkilatlarla əməkdaşlıq, qaçqınlara humanitar yardımın göstərilməsidir.
1776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07