Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

ABŞ əsgərləri dördyaşlı əfqanıstanlı uşağı güllələdilər

Əfqanıstanda Amerika əsgərləri səhvən dördyaşlı oğlanı vurublar.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Qilmend əyalətində Beynəlxalq Qüvvələrin qoşunlarıyla keçirilən xüsusi əməliyyatın gedişatında olub.

Əfqan hökuməti məsələyə münasibət bildirib: "Kəndlərdə və evlərdə sadə vətəndaşlara qarşı silahlı reydlərin keçirilməsini tamamilə qurtarmağa çağırdıq. Bu cür hadisələrdən qaçmaq lazımdır. Heç nədə günahı olmayan uşaqlar, sadə vətəndaşlar bu kimi halların qurbanı olurlar".

BMT missiyasının məruzəsinə əsasən Əfqanıstana yalnız hərbçilərin əməliyyatları nəticəsində 146 nəfər dinc insan həlak olub. Onların arasında ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Əfqanıstan prezidenti Həmid Kərzayi dinc insanların həlak olmasına səbəb olan əməliyyatların aparılmasının yolverilməzliyinin dəfələrlə ABŞ administrasiyasının diqqətinə çatdırıldığını deyib.
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı