Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

“İsmayıllı məhbusu” özünü asmaq istəyib?

"İsmayıllı işi" üzrə mühakimə olunanlardan biri - Səxavət Səmədovun dünən gecə saxlanıldığı təcridxanada özünü asmaq istədiyi barədə xəbər yayılıb. Bu barədə digər “İsmayıllı məhbusu” Tofiq Yaqublunun qızı Nigar Yaqublu facebook səhifəsində adını açıqlamadığı məlumatlı mənbəyə istinadən yazıb və əlavə edib ki, Səxavətin xəstəxanaya aparıldığı bildirilir.
Həmin qeydlərə münasibətini açıqlayan jurnalist Şəhriyar Əlizadə isə qeyd edib ki, xəbər səhih deyil, çünki o, bu barədə dəqiq məlumata malikdir.
Müsavat.com-un məlumatına görə, gerçəkdən də Səxavət Səmədov yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd edib və onu təcridxana əməkdaşları xilas ediblər. Bu barədə Şəkidən musavat.com-a verilən məlumatda deyilir ki, ona yardım göstərilib və huşunu itirmiş S.Səmədov özünə gəlib. Onun intihara cəhd etməsinə səbəb ötən prosesdə zərərçəkən qismində çıxış edən Rauf Kərimovun onun əleyhinə yalan ifadə verməsi olub.
Məlumatla bağlı Ədliyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov isə "Azadlıq" qəzetinə bildirib ki, onlara da belə bir məlumat daxil olub. Araşdırma aparıblar və məlumatın doğru olmadığı üzə çıxıb..
1860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber