Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2014

Jurnalisti maşın vurdu

Qəzetimizin əməkdaşı Kənan Rövşənoğlunu maşın vurub. Xoşbəxtlikdən zərbə möhkəm olmayıb və ciddi bir zədə yoxdur.

K. Rövşənoğlu deyib ki, 20-ci sahədə yolu keçərkən “VAZ-2107” markalı maşın onu və ailə üzvlərini vurub: “Maşından düşən sürücü mənə qarşı kobudluq etdi. Özü günahkar ola-ola məni günahkar çıxarmağa çalışdı”.

Əməkdaşımız deyib ki, sürücü onun və ailə üzvlərinin xəsarət alıb-almaması ilə maraqlanmayaraq hadisə yerindən uzaqlaşıb: “Ağ rəngli “07” idi, nömrə nişanı da belə idi – Az 90 GG 346”.

Əməkdaşımız qəzet vasitəsi ilə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək sürücü barəsində ölçü götürülməsini istəyib./musavat/
1783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb