Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

ATƏT Quantanamo həbsxanasını bağlamağa çağırıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç ABŞ hakimiyyətini Kubadakı Quantanamo həbsxanasını bağlamağa çağırıb.

Apa-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 11-də Kubadakı Quantanamo həbsxanasının yaranmasından 12 il keçir.

“ABŞ hakimiyyətinin bu obyekti bağlayacağına dair dəfələrlə söz verməsinə baxmayaraq, həbsxana hələ də fəaliyyət göstərir. Birləşmiş Ştatlar terrorizmlə mübarizədə əsaslı insan hüquqlarını, o cümlədən ədalətli məhkəmə hüququnu təmin etmək və əsassız həbslərin qadağan edilməsi barədə öhdəlik götürüb. Bu öhdəliyə əməl etməməyi prezident Obama Amerikanın reputasiyasına ləkə kimi qiymətləndirib" - deyə ATƏT rəsmisi bilidirib.

Y.Lenarçiçin fikrincə, Quantanamoda saxlanılanlar məhkəmə qarşısına çıxarılmalı, yaxud azad olunmalıdırlar.
1665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı