Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Kiyevdə vəziyyət yenidən gərginləşdi

Kiyevdə Arvopaya inteqrasiya tərəfdarları ilə xüsusi təyinatlılar arasında yenidən insident yaşanıb. "Azadlıq" radiosunun Ukrayna bürosunun verdiyi məlumata görə, hadisə yerinə 3 avtobusla gələn “Berkut” xüsusi təyinatlıları mühasirəyə alınıblar. Aksiyaçılar xüsusi təyinatlılara yaxınlaşaraq onlardan başlarındakı dəbilqələri çıxarmağı tələb ediblər. Avtobusların təkərləri boşaldılıb.

Sabiq daxili işlər naziri Yuri Lutsenko həyat yoldaşı ilə avtobuslardan birinə daxil olaraq xüsusi təyinatlılardan vəsiqə göstərmələrini tələb edərək onlarla danışağa girib. Lakin bu zaman aksiya iştirakçıları avtobusu silkələdikdə xüsusi təyinatlılardan biri dəyənəklə Yuri Lutsenkonun başına vurub. Siyasətçinin başı yarılıb. O, bir müddət huşsuz vəziyyətdə qalıb. İnsident nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Kİyevin Azadlıq meydanında Avropaya inteqrasiya tərəfarlarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. "Segonya.ua"nın verdiyi məlumata görə, "Berkut" xüsusi təyinatlılarının gəldikləri avtobusların yolunu kəsən aksiya iştirakçılarına qarşı hücum başlanılıb. Etirazçılar gözlərini yuyaraq bir qədər geri çəkilsələr də, avtobusların yolunu açmırlar.

Kiyevdə vəziyyət gərgin olaraq qalır.
1376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...