Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 10-da Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

FHN-in saytının verdiyi xəbərə görə, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıb. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib.
1739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber