Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Türkiyədən Suriyaya silah-sursat aparan 2 avtobus saxlanılıb

Ərdoğanın tərəfdarlarından biri təsdiq edib ki, Suriyaya humanitar kömək adı ilə silah göndərilməsi Türkiyənin maraqlarımda qaynaqlanır.
Türkiyənin cənub əyalətlərində olan Adanada Suriya sərhədlərinə yön alan iki sərnişin avtobusunda böyük miqdarda silah-sursat aşkarlanıb. Musavat.com-un «Hurriyet» qəzetinə istinadən verdiyi məlumata görə, polis tərəfindən saxlanılan avtobuslar detallı təhqiqat üçün mütəxəssislərin ixtiyarına verilib.
Yada salaq ki, ötən il noyabrın 7-də Adanada, “Tir” avtomobilində Suriyaya göndərilməsi nəzərdə tutulan böyük miqdarda artilleriya başlıqları aşkarlanmışdı. Yanvarın 1-də isə jandarma Suriyaya humanitar yardım daşıyan yük maşınını saxlamış, lakin Türkiyənin Milli Kəşfiyyat Xidmətinin əməkdaşları avtomobili yoxlamağa qoymamışdılar. Bundan bir neçə gün sonra baş nazir Ərdoğanın tərəfdarlarından biri təsdiq edib ki, Suriyaya humanitar kömək adı ilə silah göndərilməsi Türkiyənin maraqlarından qaynaqlanır.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu