Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

"Google" şirkəti "Hitler meydanı"na görə üzr istəyib

ABŞ-ın "Google" şirkəti özünün "Google Maps" servisində bir neçə saat ərzində Almaniyanın paytaxtı Berlin şəhərində mövcud olmayan "Adolf Hitler" adına meydanın göstərilməsinə görə üzr istəyib.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı "France Internationale" radiosu yayıb. Əslində isə "Adolf Hitler" adına meydan 1933-cü ildən 1947-ci ilədək Berlində mövcud olub. Bu meydan 1963-cü ildə Almaniyanın ilk prezidenti Teodor Hoysun adına dəyişdirilib. "Bizə bu səhv haqqında dedilər, biz də Google-də həmin səhvi düzəldik. Bu səhvə görə üzr istəyirik", - deyə Google-nin Almaniyadakı nümayəndəsi bildirib.
1589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53