Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

ən-Nüsrə rəsmən DAİŞ-ə qarşı müharibə elan etdi

Hər iki sələfi qruplaşmalar arasında çoxdan narazılıqlar var idi

Suriyada Bəşər Əsədə qarşı vuruşan Əl-Qaidənin qolları olan Ən-Nüsrə cəbhəsi rəsmi olaraq İraq və Şamda İslam dövlətinə (DAİŞ) qarşı müharibə elan edib. Suriyanın Rehab News agentliyinin veridyi məlumata görə, ən-Nüsrə cəbhəsinin üzvü Əbu Muhəmməd Əl-Qolani rəsmi olaraq bildirib ki, DAİŞ qruplaşması Suriyada mübarizə aparan onlara və digər müxalif qruplaşmalara qarşı münasibətə “çoxlu səhvlər edib.”

Freepublish xəbər verir ki, hər iki sələfi qruplaşmalar arasında çoxdan narazılıqlar var idi. Hər ikisi özlərini Suriyada mübarizə aparan Əl-Qaidənin qolu elan etmişdilər.

2013-cü ilin payızında Əl-Qaidə lideri Ayman əz-Zəvaxiri ən-Nüsrə cəbhəsini rəsmən özünün qolu elan etdi və DAİŞ-ə özünü Əl-Qaidənin qolu adlandırmasına qadağa qoydu. DAİŞ isə əz-Zəvaxiridən tələb etdi ki, “İraq İslam Dövləti” adlandırılmalıdır və ancaq İraq ərazisində mövcud olmalıdır. Beləliklə, DAİŞ faktiki olaraq Əl-Qaidənin İraq üzrə “fillialı” oldu.

Bütün bunlara baxmayaraq DAİŞ-in bütün rəhbərləri əz-Zəvaxirinin bu tələbi ilə razılaşmadı. Çeçen terrorçu Əbu Umar əş-Şişani Şimali Qafqazda öz döyüşçüləri ilə istədiyi kimi hərəkət edir. O, Suriyada müharibəyə son verilməsini istəmir və artıq DAİŞ tərəfindən “İslam cəbhəsinə” qarşı Aleppoda mübarizəyə qoşulub./interaztv/
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31