Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Abgül Süleymanovun apellyasiya məhkəməsi keçirilib

Hacı Abgül Süleymanov yenidən 13 saylı Cəza Çəkmə Müəssisəsinə köçürüləcək

Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib.

Bu barədə İslamazeri.az saytına onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, Qaradağ rayon Məhkəməsinin, onun qapalı həbsxanaya keçirilməsinə dair qərardan verilən şikayəti yenidən təmin etməyib. Belə ki, Ali Məhkəmə Apellyasiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş və şikayətə yenidən baxılmasına qərar vermişdi.

Lakin Qaradağ rayon məhkəməsinin, ruhaninin 6 ay müddətinə Qobustan qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair verdiyi qərarın müddəti bitdiyindən, Hacı Abgül Süleymanov yenidən 13 saylı Cəza Çəkmə Müəssisəsinə köçürüləcək.

Xatırladaq ki, Hacı Abgül Süleymanov 2013-cü ilin 8 fevral tarixindən Kürdəxanı İstintaq Təcridxanasından 13 saylı CÇM-ə köçürülməsindən sonra müxtəlif bəhanələrlə ardıcıl olaraq cərimə kamerasına salınmış, daha sonra Qaradağ məhkəməsi ruhaninin 6 ay müddətinə Qobustan qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar vermişdi. Qaradağ rayon məhkəməsindən verilmiş apellyasiya şikayəti müddətində ruhani Kürdəxanı İstintaq təcridxanasına aparılmışdı.

Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayında MTN tərəfindən həbs olunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib.
1712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber