Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

ABŞ-da qalmaqal: Hərbçilər narkotik aludəçisi imiş

Amerika Birləşmiş Ştatlarında növbəti səs-küylü qalmaqal.

Sən demə, Hərbi Hava Qüvvələrinin qitələrarası ballistik raketlərin uçuş briqadasında hərbi xidmət çəkən 2 hərbçi, xidmət zamanı narkotik vasitələrdən istifadə edirmiş. İstintaqa cəlb olunan bu hərbçilərin adları və rütbələri açıqlanmır.

Sadəcə məlumdur ki, hər iki hərbi qulluqçu Hərbi Hava Qüvvələrinin Montana ştatındakı "Malmstrom" bazasında xidmət çəkib. Artıq onlar işdən və məxfi informasiyalara girişdən kənarlaşdırılıb. Yaxşı ki, bu hərbçilərin zərərli vərdişə qurşandıqları faktı vaxtında aşkarlanıb.

Yoxsa, kefləri saz olarkən raketləri hara gəldi tuşlaya bilərdilər. Həm də maraqlıdır ki, baza 2013-cü ilin oktyabrında etibarını itirdiyinə görə postundan uzaqlaşdırılan general-mayor Maykl Kerinin komandan olduğu 20-ci hava ordusunun tərkibinə daxildir./xəzərxəbər/
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
<