Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Dəhşətli qəza: 4 ölü

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.

Gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib./apa/
1715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP