Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Aydın Bəşirovun 3 milyonluq yeyintisi aşkarlandı

Xəzər Dəniz Gəmiçiliyində şok korrupsiya faktları üzə çıxıb; gəmilərin yol məsrəfləri necə silinir?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan yoxlamaların nəticəsində altı gəmi kapitanı istintaqa cəlb edilib və onların ifadələri alınıb. İdarədən axar.az-a daxil olan məlumata görə, istintaqa cəlb edilənlər 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan “Bakı”, “Mikayıl Müşfiq”, “Cəfər Cabbarlı” və sair gəmilərin kapitanlarıdır.
Kapitanların istintaqa çağırılmasının səbəbi isə ikili sənədləşmə ilə bağlıdır. Bildirilir ki, 2010-cu ildə metal qırıntıları Bakıya gətirilsə də, ikinci sənədləşmə ilə bu yüklərin guya Yunanıstana aparılmasının rəsmiləşdirilməsidir. Sənədləşmədə “Yunanıstana gedən” quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi, eləcə də xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılaraq bu yalançı sənədləşmə nəticəsində küllimiqdarda vəsait mənimsənilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin “yol məsrəfləri”nə 3 milyon manat silindiyi üzə çıxıb.

Qeyd olunur ki, kapitanlar ikinci sənədləşmənin aparılmasından məlumatsız olduqlarını bildiriblər. Hazırda istintaq bu korrupsiya faktında sənədləşmə aparanların möhür və imza saxtakarlığından istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.

Bu maxinasiyalarla bağlı “Yeni Müsavat” ötən il dekabrın 6-da işıq üzü görən sayında “Aydın Bəşirovun gizlinləri faş olur” sərlövhəli məqalədə yazmışdı. Həmin yazıda sabiq gəmiçilik şefi Aydın Bəşirovun CASPAR-dakı bütün gəlirli postlara öz qohum-qardaşını yerləşdirməsindən söhbət açılırdı.

Həmin yazıdan sitat:

“Aydın Bəşirovun dövründə hər bir daşıma sənədləşməsi 2 cür aparılıb. Yoxlamalar zamanı bu faktlar üzə çıxıb. Məsələn, Türkmənistandan Bakıya gətirilən yük sənədlər üzərində Yunanıstana ”daşınıb".

Bunu yolun uzunluğuna görə sərf olunan yanacağa və heyət üzvünün səyahətdə olduğu zaman aldığı əmək haqqını şişirdib mənimsəmək üçün ediblər. Əgər gəmi Yunanıstana gedirsə, Volqa-Don kanalı vasitəsilə Azov dənizinə, oradan Qara dənizə, Bosfor boğazını keçməklə Aralıq dənizinə və Yunanıstana getməlidir. Buna görə 10 gün vaxt sərf olunur. Bu 10 gündə gəmi 17 min 500 dollarlıq yanacaq sərf edir, 20 nəfər ekipaj üzvünün yükü Yunanıstana daşıması üçün əmək haqqı isə 35-50 min dollardır. Əgər belə maxinasiyalar olmasa, gəminin Türkmənistandan Azərbaycana gəlməsi maksimum 7-8 min dollar edir. Bütün bunlar gəmi kapitanlarının yoxlayıcılar tərəfindən sorğu-sual edilməsi zamanı üzə çıxıb".

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar zamanı on milyonlarla ölçülən maxinasiyalar üzə çıxıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib. /musavat/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04