Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Qəddafinin silahdaşı həbsxanada öldürüldü

Liviyada monarxiya əleyhinə 1969-cu il inqilabının qəhrəmanı, general-mayor Hadi Taher İmbiriş həbsxanada dünyasını dəyişib.
"Qolos Rossii” radiosu bildirir ki, bu barədə hüquq müdafiəçisi Fatimə Əbu ən-Niran məlumat verib.
Hüquq müdafməçisinin sözlərinə görə, generalın məxsus olduğu Varfalla qəbiləsinin təmsilçiləri bildiriblər ki, Hadi Taher İmbiriş Zintan şəhərinin həbsxanasında öldürülüb. Qohumlarının dediyinə görə, onun ölümü zorakılıq yolu ilə olub.
Hadi Taher İmbiriş 2011-ci ildə NATO qoşunlarının Liviyanın daxili işlərinə qarışmasını tənqid etdiyi üçün heç bir ittiham təqdim edilmədən həbs edilmişdi. Əvvəllər də onun həbsxanada dəhşətli vəziyyətdə saxlanması barədə dəfələrlə məlumat verilmişdi./ans/
1575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21
Tut