Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Londonu su basıb

Temza çayı məcrasından çıxaraq London şəhərinin qərbində yerləşən Oksfordşir və Bakinqemşir qraflığına məxsus bir neçə yaşayış məskənini su altında qoyub.

Rusiya mətbuatının verdiyi məlumata görə, sahilyanı ərazilərin su altında qalacağı haqda həyəcan siqnalının öncədən verilməsi əhalinin lazımlı əşyalarını təhlükəsiz yerlərə aparmasına yardım edib. Alınan son məlumata görə, təkcə dünənki gündə İngiltərə və Uelsdə 94 yaşayış məntəqəsini su basıb. Böyük Britaniya meteoroloqları yağışların səngiyəcəyi barədə məlumat yayıblar.

Xatırladaq ki, ölkənin bir çöx ərazisində su daşqınları artıq ikinci həftədir ki, davam edir./ans/
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber