Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

İnternetdə yeni virus yayılıb

Zərərli kod “ads.yahoo.com” sistemində göstərilən reklam bannerlərində aşkarlanıb

Avropanın bəzi internet portallarında yeni virus yayılıb. Yeni ilin ilk günlərində Avropanın bəzi internet portallarında zərərli virus yayılıb. Nəticədə minlərlə internet istifadəçisinə ziyan dəyib. İnterAz xəbər verir ki, bu barədə məlumatı Yahoo.com şirkəti yayıb.

Kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış “Fox-IT” şirkəti məlumatı təsdiqləyib. Yahoo.com şirkətinin açıqlamasına görə, zərərli kod“ads.yahoo.com” sistemində göstərilən reklam bannerlərində aşkarlanıb.

Problem tezliklə aradan qaldırılsa da, bəzi kompyuterlər riskə məruz qalıb. “Mac OS” platforması ilə işləyən qurğulara isə zərər dəyməyib. “Fox-IT” şirkəti mütəxəssislərin məlumatına görə, sürətlə yayılan zərərli koddan Rumıniya, Böyük Britaniya və Fransadan olan istifadəçilər daha çox zərər çəkiblər.
1343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı