Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Suriyanın sabiq Baş naziri də müxalifətdən ayrıldı

Ölkənin sabiq Baş naziri Riyad Hicab da koalisiyanı tərk etdiyini bəyan edib

Suriyada sülh danışıqları öncəsi müxalifətin durumu pis vəziyyətə düşüb.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, Suriya müxalifəti koalisiyasının bariz üzvlərindən biri, ölkənin sabiq Baş naziri Riyad Hicab da koalisiyanı tərk etdiyini bəyan edib. Sabiq nazir və hazırkı müxalifətçi bunu koalisiyada təkbaşına atılan addımlarla əlaqələndirib.

Ekspertlərin fikrincə, Suriya müxalifətinin əsas üzvlərindən olan sabiq nazirin bu addımı, koalisiyaya ağır zərbə olacaq. Xüsusilə də 22 yanvarda keçiriləcək sülh danışıqlarının yaxınlaşması , İspaniyada müxalifətin keçirdiyi toplantının nəticəsiz qalması, döyüş meydanlarında müxalifət qruplaşmalarının qarşıdurması, Bəşər Əsəd əleyhdarlarını pis vəziyyətdə qoyub.
1373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi