Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Sumqayıtda camaat yolu bağladı

Sumqayıtda 11-ci mikrorayon sakinləri bu gün etiraz aksiyası keçiriblər. Vaxtilə “Çerkassi” küçəsi adlanan ərazidə sakinlər yolu kəsiblər. Onlar icra strukturu tərəfindən aldadıldıqlarını iddia ediblər. Sakinlər birlik.az saytına danışıblar ki, ərazidə 25 ilə yaxındır bağ-bağat salıblar, meyvə ağacları, güllər əkiblər. İndi İcra Hakimiyyəti adından gəliblər ki, bu bağçaların hamısı sökülməli, burada Zərifə Əliyeva adına park tikilməlidir. sakinlər bununla razılaşıblar, amma...: "Görürsünüzmü vəziyyət necədir? Bütün ərazi satılıb, 2-3 mərtəbəli obyektlər tikilir. On minlərlə ağac kəsildi burada. İcra hakimiyyətinə getdik, qolumuzu burub çölə atdılar bizi. Dərdimizi kimə söylərək? Mikrorayonun içərisində, məktəbin yanında erməni-rus qəbiristanlığı, arxasında da bu biabırçı vəziyyət”.
Başqa bir sakin isə “bizə icra hakimiyyətindən bildirdilər ki, ağaclar qanunsuz kəsib, xəbərimiz yoxdur”, - deyə qeyd edib./azadlıq/
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:19