Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Hökumət evində intihara cəhd

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə dünən baş verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gələn şikayətçi, 1990-cı il təvəllüdlü Qərənfil Nağıyeva özünü ikinci mərtəbədən atmağa cəhd edib. Lakin binada olan şəxslərin və polis əməkdaşlarının səyi nəticəsində cəhdin qarşısı alınıb. 39-cu Polis Bölməsinə gətirilən Q. Nağıyevanın izahatı alındıqdan sonra o, sərbəst buraxılıb.

Ailə, Qadın və Uçaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva APA-ya faktı təsdiqləyib və bu qadının psixoloji problemlərinin olduğunu bildirib: “Həmin qadına dəfələrlə komitə tərəfindən müxtəlif yardımlar göstərilib. Buna baxmayaraq, o, hər dəfə komitəyə gələrək aqressiv hərəkətlər edib. O qadının problemləri sosial məsələlərlə deyil, sırf psixoloji durumla bağlıdır. Bunu onun həyat yoldaşı və digər ailə üzvləri də təsdiq edər. Hələ üç il əvvəl o, ərinin yanında özünü dənizə ataraq intihara cəhd edib. Xoşbəxtlikdən əri yanında olub və onu xilas edə bilib. Qadının psixoloji problemlərinin olması onun azyaşlı uşağına da mənfi təsir göstərir. Qadın özü bir neçə dəfə bizim yanımızda 2 yaşlı övladını döydüyünü etiraf edib. Dünən də gələrək ailəsində problemlərinin olduğunu və azyaşlı uşağı ilə birlikdə intihar edəcəyini dedi. Biz də onun həyat yoldaşını komitəyə dəvət etdik. Həyat yoldaşı da dedi ki, qadın uşaq dünyaya gətirəndən sonra onda belə psixoloji problemlər yaranıb. Ərinin təkidli xahişi ilə biz həmin qadını məcburi müalicəyə göndərdik, uşağı da atasının himayəsinə verdik”.
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...