Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb - Foto - Video

Suriyada daha bir azərbaycanlı terrorist öldürülüb. Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Samir Qaxlı” kimi tanınan azərbaycanlı terrorist Suriyada Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Terrorçular onun meyitinin fotosunu da sosial şəbəkələrdə yayıblar.

Öldürülən azərbaycanlının terrorist arasında “Samir Qaxlı” kimi tanınması onun Azərbaycanın Qax rayonundan olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı vəhabi həyatını itirib. Onların bir çoxlarının fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/

 


1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP